Şirkət



Biz kimik:
Focus, 2007-ci ildən, təcrübəli mütəxəssis heyəti ilə hökumət və mülki müəssisələr üçün yüksək keyfiyyətli, dayanıqlı və optimal tikinti xidmətləri göstərən bir tikinti şirkətidir. Quruluşumuzdan indiyə qədər, tikinti və xidmət fəaliyyətlərində ölkə miqyasında nüfuzlu layihələrə imza atmışıq. İqtisadiyyatın ən önəmli sahələrindən biri olan infrastruktur sektorunda daim yeniliklərə, inkişafa, səmərəliyə önəm vermişik. Azərbaycan bazarının sosial və iqtisadi tərəqqisinə sadiq bir şirkət olmaqla bazardakı rəqiblərimizə və əməkdaş şirkətlərə örnək oluruq. Şirkətimizin uğurlu təcrübəsi, müştərilərimizin məmnuniyyətini təmin etməklə yanaşı bizə hər zaman qürur verib.

Missiyamız:
Şirkət, İnşaat Mühəndisliyi Sənayesində peşəkar standartların qorunmasına önəm verir. Missiyamız, yüksək keyfiyyətli tikinti və mühəndislik təcrübəmizdən istifadə edərək ən yaxşı qaynaq və ən son texnikalarımızla müştəri və ya tərəfdaşlarımızın etimadını doğrultmağa çalışırıq.

Strategiyamız:
Fokusun məqsədi, Müştəri, Mühəndis və Yerli İdarənin spesifikasiyalarını və tələblərini tez bir zamanda və tam qanuni olaraq yerinə yetirən optimal iqtisadi səmərəli həllər təqdim etməkdir.

Baxışımız:
Müştəri məmnuniyəti, yenilik, peşəkarlıq və üstün keyfiyyət həllində lider olmağa çalışan, inşaat və mühəndislik cəmiyyəti üçün tam mühəndislik və texniki həll sahəsində dünya liderliyi təmin edən qabaqcıl həll təminatçısı bir şirkət olmaq, müştərilərimizin xeyrinə, kompensasiyasına və kritik ehtiyyaclarına cavab verən sürətli, qənaətcil və yaradıcı şirkət olmaq, etibarlı strateji investor kimi tanınmaq və inkişaf etmək niyyətindəyik.

FOCUS Engineering and Construction MMC təcrübəli mütəxəssis və işçi heyətilə sizə konsaltinq və planlamadan tikinti layihənizin tamamlanmasına qədər hərtərəfli xidmət təklif edir.

FOCUS Engineering and Construction MMC “ISO 9001:2015 Keyfiyyət idarəetmə sistemi”, “ISO 14001:2015 Ətraf mühitin idarə olunması” və “ISO 45001:2018 Əməyin təhlükəsizliyinin idarə olunması” standartlarında əks olunan normalara uyğun və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin EL 200/2021 nömrəli “tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti – quraşdırması” lisenziyası əsasında fəaliyyət göstərir.

Təhlükəsizlik:
Təhlükəsizlik bizim üçün yalnız bir məqsəd deyil, təhlükəsizlik bizim prioritetimizdir. FOCUS MMC olaraq biz işçilərimizin təhlükəsizliyini hər şeydən üstün tuturuq.

Keyfiyyət:
Məhsul və xidmətlərimizin yüksək keyfiyyətini qoruyaraq layihələrimizi razılaşdırılmış büdcə daxilində vaxtında təhvil veririk.
Xidmətlərimizə xüsusi torpaq işləri, svay işləri, fasad işləri, mühəndis – kommunikasiya və şəbəkənin qurulması işləri, hidrotexniki işlər, yol tikintisi, körpülərin, estakadarın və yol ötürücülərinin tikintisi, xüsusi qurğuların tikintisi və quraşdırılması, sənaye və mülki obyektlərin tikintisi və s. aiddir.